Bazar ertəsi, 29 Aprel

Zelenskinin "sağ əli" Ukraynanın dövlət sirrini DEŞİFRƏ ETDİ

image

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar ölkəsinin müharibədəki itkilərini "Ukraynanın dövlət sirri" adlandırdı, Zelenskinin sağ əli isə həmin sirri açıqladı...

Ukrayna Prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak Ukraynanın müharibədəki itkilərini açıqlayıb.

Xəbər verilir ki, Zelenskinin "sağ əli" kimi tanınan Podolyak müharibə başlayandan (24 fevral - red.) bugünədək təxminən 10-13 min Ukrayna əsgərinin öldüyünü bildirib.

Lakin Ukrayna Silahlı Qüvvələri bu rəqəmi rəsmən təsdiqləməyib.

2b87597d2da30244a4a3bb8c13f58f10.jpeg (81 KB)

Xatırladaq ki, Podalyak iyun ayında verdiyi açıqlamada müharibədə hər gün 100-200 Ukrayna əsgərinin həlak olduğunu bildirmişdi.

ABŞ-ın Baş Qərargah rəisi general Mayk Milley isə müharibədə təxminən 100 min rus və 100 min ukraynalı əsgərin öldüyünü və ya yaralandığını təxmin etdiklərini açıqlayıb.

General Milley Rusiyanın Ukraynaya müdaxiləsində 40 minə yaxın mülki vətəndaşın həyatını itirdiyini qeyd edib.

Bu, bir Qərb rəsmisi tərəfindən indiyə qədər açıqlanan ən yüksək ölüm və ya yaralanma statistikasıdır.

Moskvanın hərbi itkilərlə bağlı yekun bəyanatı isə sentyabr ayında verilib. Kreml ölən əsgərlərin sayının 5937 nəfər olduğunu açıqlayıb. Bu açıqlamadan sonra Rusiyadan gələn hərbi itkilərlə bağlı heç bir yenilik olmayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39